Ana səhifə | Avadanlığımızın tətbiqi | Kommunal xidmətlər | Kommunal və ictimai təyinatlı binalar
 Axtar »
Kommunal və ictimai təyinatlı binalar
Tədris mərkəzi, Bad Handershaym
Kommunal və ictimai təyinatlı binalar
Mühəndis Manfred Yeşke rəhbərlikdən vəsaitə qənaət vasitələrini tapmaq və müvafiq optimizasiyanı həyata keçirmək məqsədi ilə bütün kommunal təyinatlı binaları tədqiq etmək üçün göstəriş aldı. Tədris mərkəzi onun ən yaxşı layihəsi oldu.

 

Tam modernizasiya və gözlənilməz nəticələr.
Bir ədəd maksimal yanma temperaturlu qazanın və bir ədəd aşağı temperaturlu qazanın, həmçinin 3 ədəd tökmə radiatoru olan qazanların istifadə edilməsi sayəsində istilik məhsuldarlığı 1900 kVt-dan 400 kVt-a endirilmişdi. Qazanın konturundakı mənfi naporlu nasos və 2 ədəd adi enerjiyə qənaət edən nasoslar yüksək effektivliyi olan Wilo-Stratos nasosları ilə dəyişdirildi. Nəticə: ancaq nasoslar sayəsində istifadə olan enerjinin 95% azaldılması.

 

Bununla Siz nə dərəcədə enerjiyə qənaətin mümkün olduğunu görə bilərsiniz.
Wilo-Stratos nasoslarının istifadə etdiyi güc 37 Vt-dır. Radiatorlar seçilmiş və isti suyun həcmi yenidən hesablanmışdır. İsitmə qurğusunun optimizasiyası həyata keçiriləndən sonra sistemdə evvəlki 23 m³ isti suyun əvəzinə 5m³ isti su dövr edir.

 

Istifadə dərəcəsindən asılı olaraq iş rejimi.
Hazırda bütün otaqlarda temperaturu 48 kontur üzrə hava şəraitinə müvafiq olaraq tənzimləmək olar. Bu enerjiyə əhəmiyyətli dərəcədə qənaəti təmin edir, belə ki nahardan sonrakı vaxtda suyun dövriyyəsi sıfira yaxınlaşır


Tədris mərkəzi, Bad Handershaym
Layihə: "Qeeze" Mühəndis bürosu, Xardeqsen 

Avadanlığın quraşdırılması: Büürma Haustechnik & Service GmbH
İstismar edən şəxs: Manfred Yeşke

WILO Caspian LLC
J.Jabbarli 44
AZ-1065 Baku, Azerbaijan
T +99412 5962372
F +99412 5962879
info@wilo.az